Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan külli miqdarda hədə-qorxu yolu ilə pul tələb etmədə təqsirləndirilən iş adamı Vahid Xələfova hökm oxunub.
Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, Vahid Xələfov 14 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə prokuror Fariz Rzayev təqsirləndirilən şəxsin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
V.Xəlilova qarşı Cinayət Məcəlləsinin 182.4-cü ( Hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə zərərçəkmiş tərəf isə Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdur.
Cinayət işinə əsasən, təqsirləndirilən şəxs H.Xəlilovdan 4 milyon 165 min manat tələb edib.
Qeyd edək ki, Baş nazir Əli Əsədovun müvafiq sərəncamı ilə Hikmət Xəlilov 2019-cu ildə Nazirlər Kabineti Aparatının İşlər müdiri təyin olunub.//Report