"Vahid türk əlifbasının qəbul olunması Türk Dövlətləri Təşkilatının siyasi perspektivlərinə də öz müsbət təsirini göstərəcək” – Ramin Əhmədov

Bakıda Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu tərəfindən təşkil olunan "Türk Dünyası Ortaq Əlifba Komissiyası"nın iclası öz işini uğurla başa çatdırdı.

Türk Dövlətləri Təşkilatı tərəfindən təsis olunmuş Türk Dünyası Ortaq Əlifba Komissiyasının üzvlərinin iştirakı ilə keçirilən bu önəmli iclasın əsas məqsədi bu sahədə əldə edilən bilik və təcrübələrin paylaşılması və Komissiyanın ikiillik təcrübəsinə əsaslanaraq Türk dilləri üçün ortaq əlifba layihəsi üzərində işlərin yekunlaşdırılması idi və nəhayət ki, çoxdan gözlənilən ortaq türk əlifbası qəbul olundu. Bu qərarı böyük sevinc və qürur hissi ilə qarşıladıq. Nəhayət ki, böyük türk dünyasının öz vahid ünsiyyət vasitəsi olacaq".

Missiya.Az xəbər verir ki, bu fikirləri Türk Ağsaqqalları İctimai Birliyi – TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov özünün rəsmi Facebook səhifəsində paylaşıb.

Ramin Əhmədov qeyd edib ki, vahid əlifbanın tətbiq olunması türk xalqları arasında əlaqələrin inkişafını sürətləndirəcək, türk birliyinin möhkəmlənməsinə öz töhfəsini verəcək, mədəni əlaqələr daha da genişlənəcək.

“Vahid əlifbanın qəbul olunması sözsüz ki, Türk Dövlətləri Təşkilatının siyasi perspektivlərinə də öz müsbət təsirini göstərəcək. Vahid əlifba Türk dövlətləri, türk xalqlarının birliyinin növbəti bəyanıdır” – deyə TAİB təsisçisi vurğulayıb.

 

12.09.2024 20:45
480