Xəbər verildiyi kimi, Milli Məclisin deputatı Vahid Əhmədovun səhhətində problem yarandığı iddia edilir.
Millət vəkili Musavat.com-a bu barədə açıqlama verib:
“Yalan söhbətdir. Bu məlumat necə yayılıb bilmirəm. Mən ildə 1 dəfə Türkiyəyə gəlib müayinədən keçirəm. 2-3 gündür buradayam. Sağlamlığım normaldır, heç bir problemim yoxdur. Hazırda müayinələr aparılır. Yəqin ki, 2-3 günə ölkəyə qayıdacam”.
Aytən Novruz
Musavat.com