Milli Məclisdə “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə olunaraq qəbul edilib.
Musavat.com xəbər verir ki, deputat Vahid Əhmədov çıxışında sürətli yoldakı tariflərdən növbəti dəfə bəhs edib.
O, Bakı-Quba ödənişli yolunda tariflərin çox yüksək olduğunu bildirib.
Millət vəkili qeyd edib ki, tariflərin yüksək olması səbəbindən o yolla ancaq beynəlxalq avtomobil şirkətləri işləyirlər. Odur ki, deputat müvafiq qurumlara müraciətlə tariflərə yenidən baxılmasını xahiş edib.
E.Paşasoy,
Musavat.com