VACİB XƏBƏRDARLIQ - Sentyabrın 18-dən marta qədər...

Sentyabrın 18-də baş verəcək Ay tutulması zamanı bir çox insan üçün ciddi problemlər yaranacaq.

Musavat.com BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin tanınmış astroloqu Aysun Koç bildirib.

"Ay tutulmaları bir ay əvvəlcədən öz təsirlərini göstərirlər və 6 ay bu davam edir. Beləliklə, AY tutulmasının təsirləri artıq başlayıb və mart ayına qədər davam edəcək.

Bu müddət ərzində gərginlik, duyğusal və depresiya ilə dolu vəziyyət davam edəcək. Bu müddətdə insanlar çox diqqətli olmalıdır", - deyə Aysun Koç vurğulayıb.

Mütəxəssis qeyd edib ki, Ay tutulması ərəfəsində Balıq, Qız, Əkizlər və Oxatan bürclərindən olan şəxslər üçün xüsusən çətin olacaq. Bu bürcdən olan insanların səhhətləri pisləşə bilər.

Daha ətraflı videodakı çıxışa baxaraq məlumat ala bilərsiz:

14.09.2024 08:10
15747