Üzünə uşaq hüceyrələri vurduğuna görə tənqid olunan Xatirə: "Qurtarın bu işverənliyi!"  

Bir neçə gün öncə müğənni Xatirə İslam üzünə yeni doğulan uşağın aktiv hüceyrəsini köçürdüyünə görə sosial şəbəkələrdə tənqid atəşinə tutulub.

Qeyd edək ki, kosmetoloji prosedur zamanı həkim "Yeni doğulan uşağın aktiv hüceyrəsini sizə köçürürük" ifadəsini işlətmişdi. Bununla bağlı yayılan videogörüntüdən sonra izləyicilər müğənnini tənqid ediblər.

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı Xatirə İslam sosial şəbəkədə video açıqlama yayaraq bildirib:

"Kosmetoloq yanında olarkən həkim ampulanı göstərib dedi ki, onu Amerikadan sifariş ediblər, tərkibində də yeni doğulan uşağın aktiv hüceyrəsi var.
Azərbaycanda olan verilişlərin 80-90 faizi "kök hüceyrə"ni reklam edir. Ağrıların azalması üçün "kök hüceyrə"ni ayağa, ələ, dizə, sümüyə də vururlar. Bunu axı həkimin özü düzəltməyib, bu, hazır preparatdır. Qurtarın bu işverənliyi! Bu şeyləri eləmək nəyə lazımdır?"

Xalidə,
Musavat.com

19.11.2023 10:37
6912