Uzun müddətdən sonra xəstəxanadan çıxan məşhur meyxanaçının SON HALI - VİDEO

Səhhətində problem yaranan məşhur meyxanaçı Xəyyam uzun müddətdən sonra xəstəxanadan çıxıb.

Meyxanaçı məclislərdən birində görüntülənib.

Bu da Xəyyamın müalicədən sonrakı halı:

 

Qeyd edək ki, meyxanaçının ürəyində problemlər yaranıb və təcili əməliyyat olunmalıdır. Lakin səhhəti buna imkan vermədiyi üçün həkimlər bir müddət gözləməyə qərar verib. Bu barədə o özü bunları demişdi: "Ev şəraitində müalicə olunsam da, səhhətim hələ düzəlməyib. Yaxşı deyiləm. Ürəyim çox zəifdir. Evin içində beş addım atıram, boğuluram, yoruluram. Ayağıma, qarnıma, ciyərimə su yığılıb.

Həkimlər deyir, yenidən xəstəxanada müalicə almalı, ürəyimdən əməliyyat olunmalıyam. Amma ürək fraksiyam aşağı olduğundan, həkimlər hələ ki əməliyyatı təxirə salıblar. Səhhətimin əməliyyat üçün uyğunlaşmasını gözləyirlər". (titul.az)       

11.02.2024 16:49
933