Uzman doktor 25 yaşlı xəstəsinə təcavüz etdi

Türkiyədə uzman doktor qəbula gələn xəstəsinə təcavüz edib.

Hadisə Şanlıurfa rayonunun Suruç qəsəbəsində baş verib. 25 yaşlı L.İ. müayinə üçün uzman doktor H.F.V-nin qəbulunda olarkən cinsi təcavüzə məruz qalıb.

Qız bu faktı sübut etmək üçün təkrar qəbula gedib. Bu zaman cinsi təcavüzü kamera ilə qeydə alıb. Faktlar polisə təqdim olunandan sonra həkim H.F.V saxlanılıb.

Məhkəmənin qərarı ilə o, həbs olunub və barəsində cinayət işi açılıb. (lent.az)

09.11.2024 15:59
1269