Üsyançılar Dəməşqə ÇATIR, Suriya əsgərləri ƏSİR düşdü, rejim SÜQUT edir... - CANLI

ABŞ Dövlət Departamenti vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb.

Musavat.com Dövlət Departamentinin bəyanatına istinadən xəbər verir. "Suriyada vəziyyət qeyri-sabit və qeyri-müəyyən olaraq qalır, ölkə ərazisində silahlı qruplar arasında aktiv toqquşmalar davam edir", - bəyanatda qeyd olunub.

Qurum, həmçinin Suriyada qalmaq qərarına gələn vətəndaşlarını fövqəladə hallar üçün fəaliyyət planı düşünməli olduqları barədə xəbərdar edib.

Suriya Prezidenti Bəşər Əsədin İrana qaçdığı bildirilib. Musavat.com xəbər verir ki, bu barədə İranın hökumətə yaxın "Sama TV" kanalı məlumat yayıb. Əsədin bu qərarı Suriyada hərbi və siyasi gərginliyin pik həddə çatdığı bir dövrdə verilib.

Son illərdə Əsəd rejimi Rusiyanın hərbi və siyasi dəstəyinə güvənirdi. Ancaq Moskvanın Suriya siyasətindəki dəyişikliklər rejimin zəifləməsinə və Əsədin başqa tərəfdaşlara yönəlməsinə səbəb olub. Bu vəziyyət Tehranın Əsəd üçün yeni sığınacaq rolunu oynadığını göstərir. İsraildə çıxan "Yediot Ahronot" qəzeti Əsəd rejiminin 24 saat ərzində süqut edəcəyini iddia edib. Müxalif qüvvələrin artan təzyiqləri və Əsədin ölkəni tərk etməsi bu ehtimalı daha da gücləndirir.
Əsədin ölkəni tərk etməsi Suriyada siyasi boşluq yarada və güc balansını dəyişdirə bilər. Bu vəziyyət regionda yeni münaqişələrə yol aça və beynəlxalq səviyyədə Suriya ilə bağlı qərarların sürətlənməsinə səbəb ola bilər. Hazırda dünya ictimaiyyəti Suriyada baş verən hadisələri diqqətlə izləyir. Əsədin İrana qaçması xəbəri təsdiqlənərsə, bu, həm Suriya daxilində, həm də regionda ciddi dəyişikliklərə səbəb ola bilər. Lakin nəzərə almaq lazımdır ki, bu iddiaların doğrulmama ehtimalı da vardır.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını politoloq Oqtay Qasımov cavablandırır.

 

 

07.12.2024 11:55
1049