Üstünə buz parçası düşən uşağın qolu sındı

Rusiyada iki yaşlı uşağın damdan üzərinə buz parçası düşməsi nəticəsində qolu sınıb.

BAKU.WS Xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Nijni Novqorod şəhərində baş verib.

Həkimlər uşağın qolunun sındığını bildiriblər.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Faktla bağlı cinayət işi başlanıb.

Damın təmizlənməsinə cavabdeh olan şəxslərlə bağlı tədbir görüləcək.

27.12.2022 20:54
526