ÜST-dən Qəzza ilə bağlı ÇAĞIRIŞ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kritik ləvazimatlar üçün Qəzzaya humanitar dəhliz açmağa çağırıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, Qəzza zolağındakı yeddi ən böyük xəstəxanada mövcud olan zəruri ləvazimat ehtiyatları hazırda tükənib.

Qeyd olunub ki, ÜST tibbi ləvazimatların alınması üçün 1 milyon dollardan istifadə edəcək ki, bu da 500-ə qədər xəstənin müalicəsi üçün kifayət edəcək.

Təşkilatın rəsmi nümayəndəsi Tarik Yaşareviç Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, Qəzza zolağındakı xəstəxanalarda mövcud olan lazımi ehtiyatlar tükənib:

"ÜST zorakılığa son qoymağa çağırır. İnsanları kritik ləvazimatlarla təmin etmək üçün humanitar dəhliz lazımdır. ÜST bu məsələ üzərində tərəfdaş qurumlarla işləyir".

Musavat.com

10.10.2023 13:57
615