Uşaq evindən övladlığa götürdüyü qızı zorlayıb intihar etdi

Qazaxıstanın Pavlodar vilayətinin Jelezinka şəhərində azyaşlı zorlanıb.

Zorlama bir neçə il əvvəl himayədar ailədə o zaman 11 yaşı olan qıza qarşı törədilib. Ondan başqa dörd uşaq da həmin evdə yaşayıb. 2022-ci ildə onlar yenidən uşaq evinə qaytarılıblar.

Bu yaxınlarda ginekoloji müayinə zamanı azyaşlının bakirə olmadığı məlum olub. Psixoloqlarla söhbət zamanı o, övladlığa götürən atası tərəfindən zorakılığa məruz qaldığını etiraf edib. Bundan sonra məlumat polisə çatdırılıb.

Pavlodar vilayətinin Polis İdarəsinin mətbuat xidməti azyaşlının zorlanması faktı ilə bağlı cinayət işi açıldığını bildirib. Şübhəli şəxsin kimliyi müəyyən edilib. Lakin bu faktla bağlı polisə müraciət olunduğunu öyrənən kimi o, intihar edib.

“Hadisənin baş vermə səbəbləri və səbəbləri müəyyənləşdirilir”, - deyə polisdən bildirilib./Lent.az

23.11.2024 19:13
844