Öldüyü güman edilən Usamə bin Ladenin oğlu sağdır və “Əl-Qaidə”ni canlandırır.
Musavat.com xəbər verir ki, bunu “Mirror” kəşfiyyat məlumatlarına istinadən yayıb.
2019-cu ildə ABŞ prezidenti Tramp 34 yaşlı Həmzə bin Ladenin ABŞ ordusu tərəfindən məhv edildiyini açıqlamışdı. Onun “Əfqanıstan-Pakistan bölgəsində” keçirilən antiterror əməliyyatı zamanı öldürüldüyü bildirilib. Bin Ladenin oğlu Əl-Qaidə lideri idi. Yeni kəşfiyyat məlumatlarına görə, terrorçu sağdır.
"Həmzə bin Laden nəinki sağdır, həm də "Əl-Qaidə"nin yenidən dirçəlməsində fəal iştirak edir. Həmzə atasının irsini davam etdirmək əzmindədir. Onun komandanlığı altında "Əl-Qaidə" yenidən qruplaşır və Qərbə qarşı gələcək hücumlara hazırlaşır. Taliban liderləri onunla əlaqə saxlayır və müntəzəm görüşlər keçirir, onun və ailəsinin təhlükəsizliyini təmin edirlər”, – "Mirror" kəşfiyyat hesabatından sitat gətirir.