“Uşağınız peşəkar idmançı olmayacaqsa, onu idman zallarına göndərməyin!”

“İnsan cildində biri körpə uşağı öldürənə qədər döyür. Uşaqlarla işləmək xüsusi qabiliyyət tələb edir, təhsil öz yerində, amma müəllim də, tərbiyəçi də, məşqçi də uşaq psixologiyasını bilməlidir”.

Musavat.com xəbər verir ki, bunu tanınmış pediatr Vaqif Qarayev Sumqayıtda 7 yaşlı uşağın ölümü ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Həkim qeyd edib ki, şəhərin hər tinində bir özəl bağça açılıb, idman zalları var: “Hər tində psixoloji mərkəzlər var. Kənardan qəşəng görünür. Tərbiyə verirlər, uşaqların sağlamlığı ilə məşğul olurlar. Amma bu insanların əksəriyyəti psixoloji baxımdan sağlam deyil. Bir neçə il əvvəl bağçada gördüklərim məni dəhşətə gətirmişdi. Harada işsiz-gücsüz gənc xanım var, bağçalara gətirirlər. Belə görünür ki, məşqçilərlə də bağlı eyni vəziyyətdir. Uşaqları döyməyin! Uşaqları öldürməyin! İdmanın uşaq sağlamlığına faydası çoxdur. Tanınmış idmançı olmaq da şöhrətdir. Amma uşağınız peşəkar idmançı olmayacaqsa, olmaq istəməyəcəksə, onu idman zallarına göndərməyin. Sağlamlıq üçün üzgüçülük və gimnastika kifayətdir”.

Afaq,
Musavat.com

02.05.2023 17:15
1032