Urmu tamam qurusa, Təbriz boşaldılacaq – Kələntəri

Urmu gölü bərpa edilməsə, İranda heç bir hökumət davam gətirə bilməz. Siz milyonlarla insanın köç dalğasının qarşısında dayana bilməzsiniz.

Musavat.com Axar.az-a istinadla xəbər verir ki, bunu İranın ətraf mühitin qorunması və ekologiya təşkilatının keçmiş sədri İsa Kələntəri deyib.

“Urmu gölü quruyacağı təqdirdə Təbriz tamamilə təxliyə edilməli olacaq və bu, 1 trilyon dollara başa gələcək”, - Kələntəri bildirib.

Qeyd edək ki, son statistikaya görə, Urmu gölünün 90 faizdən çoxu quruyub və gölün canlandırılması üçün nəzərdə tutulan layihələrin tamamlanması isə gecikdirilir.

16.08.2022 17:33
1078