Ürəyinə stent qoyulan şəxs həkim otağının qarşısında öldü - VİDEO

6 nömrəli şəhər poliklinikasında  bülleteninin vaxtını uzatmaq üçün gələn bir kişi dünyasını dəyişib.

Xezerxeber.az xəbər verir ki, verilən məlumata görə, Məmməd Məmmədov 3 gün əvvəl ürəyinə stent qoydurub. Elə kardioloqun otağının qarşısında da yerə yıxılaraq dünyasını dəyişib.

Mərhum Məmməd Məmmədovun  müayinə olunmaq üçün gəldiyi kardioloq Rahilə İsmayılova isə bildirib ki, xəstə oktyabrın 26-da döş qəfəsindəki ağrıya görə gəlib. Ona müayinədən sonra təcili yardım çağırılıb.

Xəstəxanaların birində ürəyinə 2 stent qoyulub. Bu gün də xəstəlik vərəqəsinin vaxtını uzatmaq  üçün poliklinikaya gəlib. Həkim bildirdi ki, xəstə həmin an keçinməyib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib.

01.11.2023 11:30
972