"Rəfiqələrim var, amma ürəyimə yaxın olan insanların çoxu kişilərdir. Həmişə mənə yaxın, arxa-dayaq olublar".
Bu sözləri Əməkdar artist Nahidə Orucova "Elgizlə izlə" verilişində deyib.
Aktrisa qadınlarla dostluq etməməsindən danışıb. O bildirib ki, dostlarının əksəriyyəti kişilərdir.
N.Orucova aparıcı Elgiz Əkbərin "Deyirlər, siz qadınlarla dostluq etmirsiniz" sualına "Qadınlar arasında qısqanclıq olur. Ən böyük zərbə qadınlardan gəlir" cavabını verib. (Axşam.az)