Ürəyi dayanan şagirdi müəllimi belə xilas etdi - ANBAAN VİDEO

Türkiyənin Amasya vilayətində orta məktəbdə dəhşətli hadisə yaşanıb. 

Musavat.com xəbər verir ki, 13 yaşlı şagirdin məktəbin həyətində oynayarkən ürəyi dayanıb.

Hadisə zamanı şagirdə müəllimi Hüseyn Aktaş ürək masajı və süni tənəffüslə müdaxilə edib. Şagird müəlliminin müdaxiləsi sayəsində həyata qayıdıb.

Həmin anlar məktəbdəki təhlükəsizlik kamerasına əks olunub.

Musavat.com

23.12.2023 10:36
1502