“Ümid edirəm ki, Ermənistan bu şansı qaçırmayacaq”- İlham Əliyev

“İndi isə sülhün vaxtı çatıb. Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik”.

Musavat.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib.

“Ümid edirəm ki, bu şansı Ermənistan qaçırmayacaq və nəhayət Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaqdır”, - deyə dövlət başçısı vurğulayıb.

14.03.2023 19:48
843