Ukraynaya yeni PUA-lar veriləcək

Almaniya Müdafiə Nazirliyi Ukraynaya 50 pilotsuz uçan aparat tədarük etmək niyyətində olduğunu bildirib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Bundesverin saytında yerləşdirilən məlumatda deyilir.

Qeyd olunub ki, cihazların ilk partiyası ən qısa zamanda Ukraynaya göndərilməlidir.

Bundan əlavə, Berlin Kiyevə təxminən 400 milyon avro dəyərində geniş dəstək paketi vəd edib. Buraya “Gepard” özüyeriyən zenit qurğusu, IRIS-T orta mənzilli raketləri, hərbi nəqliyyat maşınları üçün ehtiyat hissələri, həmçinin mərmilər, minalar və digər zirehli texnikalar daxildir.

24.09.2023 23:05
534