Ukraynaya “torpaqlarınızı Rusiyaya verin” çağırışı

Almaniyanın ultrasağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının sədri Tino Xrupalla Rusiya ilə Ukrayna arasındakı müharibənin mümkün qədər tez bitirilməsinə çağırıb.

Musavat.com “Qordon media”ya istinadən xəbər verir ki, o, Ukraynanın bəzi ərazilərinin Rusiyaya verilməsini təklif edib.

“Əgər bizim xoşumuza gəlməyən, Ukraynanın ərazilərindən imtinasını nəzərdə tutan bir kompromis varsa... Mən həmişə soruşuram: alternativlər nədir? Biz müharibə aparmaq istəyirikmi?”, - deyə siyasətçi sual edib.

O, həmçinin Rusiyanın “dünyanın ən böyük nüvə dövləti” olduğunu və Ukraynaya təcavüzün isə “Almaniyanın müharibəsi olmadığını” deyib.

Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeev isə sosial şəbəkə X-də Xrupallanın açıqlamalarını “Rusiyaya simpatiya bəsləyən, ksenofob, sağçı ekstremistlərin divan diplomatiyası” adlandırıb.

Musavat.com

11.08.2025 22:37
728