Ukraynanın yenidən qurulmasına səs verildi- Rusiyanın aktivləri bloklanmış qalacaq

G7-nin Ukraynanın yenidən qurulmasına dəstək bəyannaməsini BMT-nin 193 üzvündən 30-u dəstəkləyib.

Musavat.com xəbər verir ki, Ağ Evin saytında dərc edilən sənədə görə, “Rusiya təcavüzünü dayandırana və Ukraynaya vurduğu ziyanı ödəyənə qədər” Rusiyanın xaricdəki aktivləri bloklanmış qalacaq.

İmzalayan tərəflər həmçinin 2024-cü ilin sonuna qədər Ukraynaya Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirdən ayırmağa söz verdikləri 50 milyard dollar məbləğində kreditin verilməsi üzərində işi davam etdirməyi öhdələrinə götürürlər.

26.09.2024 12:26
761