Ukraynanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycana səfər edəcək.

"Report"un əldə etdiyi məlumata görə, səfər mayın 25-nə planlaşdırılır.

Səfər çərçivəsində Ukrayna XİN başçısının Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və digər bir sıra dövlət rəsmiləri ilə görüşlərinin keçirilməsi gözlənilir.

22.05.2025 13:18
352