Rusiya cəbhənin bütün istiqamətlərində irəlilidiyi bir vaxtda Ukrayna rəhbəri Volodimir Zelenski Qərbdən israrla düşmən ölkəni vurmaq üçün icazə istəyir. Zelenskinin iddiasına görə, Rusiyanı durdurmaq üçün bu lkınin dərinliklərinə uzaqmənzilli raketlərlə zərbə vurmaq lazımdır.
NATO baş katibi Stoltenberq deyib ki, Ukrayna ərazisini nə Alyansın hava hücumundan müdafiə sistemi, nə qoşunla qoruyacaqlar. Amma onu da əlavə edib ki, Ukrayna Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirmək imkanına malik olmalıdır. ABŞ dövlət katibi Entoni Blinken də Zelenskinin arzusunu reallaşdırmağın tərəfdardır. ABŞ mediası yazır ki, Blinken hətta Co Baydeni də buna inandırmaq istəyindədir.
Musavat.com xəbər verir ki, Qərb raketlərinin Rusiyada mümkün hədəflərini göstərən xəritəni isə ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Maykl Makkol təqdim edib. Bəlli olub ki, Ukrayna Rusiyanın hava hücumundan müdafiə bölmələrini, hərbi qərargahlarını, idarəetmə orqanlarını, şəhər administrasiyalarını, nəqliyyat qovşaqlarını (stansiyalar, dəmir yolu və avtomobil körpüləri), neft emalı zavodlarını və ordu üçün silah istehsal edən müəssisələrini vurmaq üçün icazə istəyir.
Bəs, Rusiyanın hansı şəhərlər hücuma məruz qala bilər . “Storm Shadow” (“Fırtına kölgəsi”) və SCALP raketləri 560 kilometrə qədər məsafəni, ATACMS 1A, 2A və 4A raketləri isə 220-300 kilometr məsafəni vura bilir. Raket buraxılış yerindən 300 kilometrə qədər məsafədə yerləşən şəhərlər və obyektlər, o cümlədən Krım, Krasnodar diyarındakı kurortlar və Novorossiysk (raketlər Xerson vilayətindən buraxılarsa) potensial hədəf ola bilər. Tulanın da Ukraynın hədəfi olması mümkündür (əgər zərbələr Sumi vilayətindən endirilirsə). Atış nöqtəsindən 500-600 kilometr məsafədə yerləşən şəhərlər də hücum hədəfinə çevrilə bilər, o cümlədən Minsk, Moskva və paytaxta qədər olan digər yaşayış məntəqələri (raketlər Sumı vilayətindən buraxılarsa), eləcə də Rostov, Soçi və digər şəhərlər (əgər Xerson vilayətindən buraxılarsa) təhlükə altında olması mümkündür.
Yada salaq ki, bu təhdidlərə cavab olaraq, Rusiya Müdafiə Nazirliyi ordunun nüvə silahından istifadə ilə bağlı təlimlər keçirib. Təlimdə Cənub Hərbi Bölgəsinin raket, hava və dəniz birləşmələri iştirak edib.
Musavat.com