Ukraynanın vurduğu zavodda görün nələr İSTEHSAL OLUNUR

Xəbər verdiyimiz kimi, Rusiyanın Lipetsk vilayətinin Yelets şəhərindəki “Energiya” zavoduna naməlum pilotsuz təyyarələr hücum edib.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, yerli sakinlər səmada 10-dan çox partlayış səsi eşitdiklərini bildiriblər.

Rusiya hakimiyyət orqanları zavodda yanğının baş verdiyini, işçi heyətinin təxliyə olduğunu, bir neçə işçinin yaralandığını bildirir.

UNİAN-ın məlumatına görə, hücuma məruz qalan “Energiya” zavodunun məhsulları məşhur “İskəndər” və “Kinjal” raketlərinin istehsalında istifadə olunur.

Müəssisə pilotsuz uçuş aparatları üçün akkumulyatorlar, rabitə sistemləri üçün litium-ion və civə-sink elementləri, tanklar və raket sistemləri üçün simulyatorlar, Rusiya Müdafiə Nazirliyinin ehtiyacları üçün elektrokimyəvi kondensatorlar və avtonom enerji təchizatı üçün işıq-optik enerji qurğuları istehsal edir.

“Energiya” zavodu Rusiya Müdafiə Nazirliyindən əlavə, “Roskosmos”, Rusiya DİN, FTX, FHN və “Qazprom”la da əməkdaşlıq edir.

Musavat.com

23.05.2025 09:34
1344