Ukraynanın vurduğu neft anbarı 4 gündür yanır - FOTO

Rostov vilayətindəki Rosrezerv neft anbarında yanğının dördüncü günü. 

Musavat.com xəbər verir ki, “Azadlıq” radiosu Rostov vilayətinin Proletarsk şəhərindəki Rosrezerv neft anbarında Ukrayna pilotsuz təyyarələrinin endirdiyi zərbədən sonra dörd gündür davam edən yanğının yeni, bugünkü peyk görüntülərini dərc edib.

X sosial şəbəkəsində MT_Anderson ləqəbi ilə yazan OSINT analitikinin hesablamalarına görə, yanğın artıq 14 yanacaq çənini tamamilə məhv edib, 4-ü qismən sıradan çıxıb, 16-sı zədələnməyib, daha 44-nün taleyi məlum deyil, çünki onlar hələ də qatı tüstü səbəbilə peykdən görünmür. 

 

Musavat.com

21.08.2024 22:15
428