Ukraynanın planı BƏLLİ OLDU: başqa ölkələr vasitəsilə Rusiyaya...

“Ukrayna münaqişənin sülh yolu ilə həlli planını Rusiya ilə müvafiq dialoq aparan ölkələr vasitəsilə Moskvaya verəcək”.

Bunu Ukrayna prezidentinin aparatının rəhbərinin müavini İqor Jovkva deyib.

O qeyd edib ki, hazırda bu plan hazırlanır. Onun sözlərinə görə, Moskva ultimatum dilində danışmağı dayandırarsa və belə planın elementlərini müzakirə etməyə hazır olarsa, Ukrayna tərəfi ikinci sammitdə Rusiya nümayəndələri ilə görüşməyə hazırdır.

Jovkva vurğulayıb ki, Kiyev digər ölkələr vasitəsilə sammitdə Rusiyanın nümayəndələrinə sülh planını çatdırmağa hazırdır./Report

15.09.2024 11:42
843