Ukraynanın növbəti müdafiə naziri Krım tatarı ola bilər

Ukrayna Ali Radası gələn həftə müdafiə naziri Aleksey Reznikovu vəzifəsindən azad edə bilər.

Musavat.com xəbər verir ki, bu barədə "RBK-Ukrayna" agentliyi məlumat yayıb.

Reznikovun yerinə Dövlət Əmlak Fondunun rəhbəri Rüstəm Umerovun keçəcəyi gözlənilir.

R.Umerov 1982-ci ildə Özbəkistan SSR-in Səmərqənd vilayətinin Bulunqur Krım tatarlı mühacir ailəsində anadan olub. Atası Ənvər Umerov texnologiya, anası Meryem Umerova kimya mühəndisidir. Böyük qardaşının adı Aslan Ömər Krımlıdır.

1944-cü il mayın 18-də Umerovlar ailəsi Krımdan Orta Asiyaya deportasiya edilib. Yalnız 50 il sonra, 1980-ci illərin sonunda Krım tatarlarının repatriasiyası zamanı onlar yarımadaya qayıda biliblər.

Musavat.com

02.09.2023 18:06
779