Ukraynanın keçmiş nəqliyyat və rabitə naziri Nikolay Rudkovskinin Rusiyaya 5,7 milyon rubldan çox borcu var.
Bunu RİA Novosti-nin əldə etdiyi sənədlər sübut edib.
Sənədlərə əsasən, Ukraynanın keçmiş nazirinin borcu cinayət nəticəsində fiziki və ya hüquqi şəxslərə dəymiş ziyana görədir.
Rudkovski 2019-cu ildə Rusiyada məhkum edilib. Sənədlərdə qeyd olunduğu kimi, keçmiş nazir rusiyalı diplomatların binalarına və nəqliyyat vasitələrinə hücum etməkdə ittiham olunurdu.
Rudkovskiyə qarşı cinayət işinin başlanmasına bilavasitə səbəb 2014-cü ildə millətçilərin Rusiyanın Kiyevdəki səfirliyinə ziyan vurması hadisəsi olub. Keçmiş nazir Rusiyanın Kiyevdəki səfirliyinə daş atıb, bundan sonra hadisə yerini tərk edib.//BAKU.WS