Ukraynanın əks-hücumunu dəf edən zamanı Rusiyanın azı 3755 hərbçisi həlak olub.
Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, bu barədə BBC müstəqil qaynaqlardan topladığı informasiyalara əsasən məlumat yayıb.
Onların arasında 2 general, 32-si polkovnik-leytenant və ya polkovnik rütbəsi olmaq üzrə 370-dən çox zabit var.
Əksər hərbi ekspertlər Ukraynanın əks-hücumunun böyük hissəsi başa çatmış hesab edilə biləcəyi ilə razılaşır. Ukrayna Silahlı Qüvvələrinin əsas hücum istiqamətində irəliləməsi (cəbhə xəttinin bir neçə nöqtəsində yerli irəliləyişlər istisna olmaqla) praktiki olaraq dayanıb.
Musavat.com