“Ukraynanın əks-hücumu barədə məlumat dezinformasiyadır”- Lukaşenko

“Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı barədə məlumat dezinformasiyadır”.

Azpost.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko KTMT Parlament Assambleyası Şurasının iclası zamanı deyib.

Onun sözlərinə görə, Rusiyaya müqavimət göstərmək cəhdləri dəlilikdir.

“Ən böyük dezinformasiya bu əks-hücumdur. Mənim fikrimcə, əks-hücum yoxdur və ola da bilməz. Bu sadəcə dəlilikdir”, – Lukaşenko bildirib.

Lukaşenko əlavə edib ki, dezinformasiya istənilən döyüşdə çox təhlükəlidir.

18.05.2023 17:20
450