Ukraynanın döyüş dronları Putinin sarayına HÜCUM EDİB? – ŞOK İDDİA – detallar CANLIda

"Ukrayna dronlarının hədəfi Putinin Gelencikdəki sarayı ola bilərdi, bu, saraya edilən ilk hücum cəhdi deyil..."

Ötən gecə Ukrayna dronları Rusiyanın Krasnodar diyarında Gelencik ərazisindəki obyektlərə hücum edib. Bu barədə regionun qubernatoru Veniamin Kondratyev məlumat verib. Məlumatı "svoboda.org" nəşri yayıb.

Onun sözlərinə görə, bütün PUA-lar hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. "Krinitsa kəndində aparatlardan birinin qalıqları yarımçıq tikilini zədələyib. Canxot xutorunda dron ağacların üzərinə düşüb, baş verən yanğın söndürülüb. İlkin məlumata görə, zərərçəkən olmayıb. Hadisə yerində operativ və xilasedici xidmətlər işləyir", - o, Telegram-kanalında yazıb.

"Azadlıq Radiosu"nun məlumatına görə, Ukrayna dronlarının hədəfi Putinin Gelencikdəki sarayı ola bilərdi.

"Canxot" xutorunun yaxınlığında İdokopas burnunda bir çox tədqiqatlaçıların iddia etdiyi kimi, Rusiya prezidenti Vladimir Putin üçün torpaq sahəsi və inşa edilən saray yerləşir. Krinitsa kəndində torpaq sahəsində yetişdirilən üzümün emalı üçün "Starıy Provans" şərab zavodu inşa edilib", - jurnalistlər qeyd edib.

Bu, Putinin sarayına edilən ilk hücum cəhdi deyil. Bundan öncə mayın 17-nə keçən gecə dronlar sarayın yanından uçub.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Ukraynada olan hərbi ekspert, polkovnik Elxan Nuriyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

28.05.2024 13:30
829