Ukraynanın dövlət borcu 151 milyardı keçib

Ukraynanın dövlət borcu bu il aprelin 30-na 151,5 milyard dollar təşkil edib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının Maliyyə Komitəsinin rəhbəri Daniil Getmantsev məlumat yayıb.

O Telegram kanalında yazıb ki, 2024-cü il aprelin 30-na dövlət və dövlət zəmanətli borc 6010,4 milyard qrivna, xarici valyuta ekvivalentində 151,5 milyard dollar təşkil edib.

Getmantsev qeyd edib ki, dövlət borcunun 71,5 faizi xarici borclanma, 28,5 faizi daxili borc təşkil edir. Üstəlik, onun məlumatına görə, dövlət borcunun 74 faizdən çoxu xarici valyutadadır.

Deputatın sözlərinə görə, 2022-ci ilin fevralından Ukraynanın dövlət borcu 2,2 dəfə artıb.

Musavat.com

27.05.2024 20:00
570