Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Qarabağ” futbol klubuna dəstək verib.
Diplomat bu barədə “Twitter” hesabında yazıb.
Ukrayna “Qarabağ”a azarkeşlik edir.
“Futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” – “Ferensvaros” matçına yeni start verilib.
Azərbaycanlı dostlarımıza qələbə arzulayırıq”, - səfir vurğulayıb.
Qeyd edək ki, Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş” komandası arasında UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb. İlk yarıdan sonra hesab 1:1-dir. Qonaqlardan Frank Boli, meydan sahiblərindən isə Kvabena Ovusu fərqlənib.