Ukraynanı oda atan iki adamdan biri də Bayden olub - Məşum etiraf

ABŞ prezidenti Co Bayden iddia edir ki, 2021-ci ilin iyununda Cenevrə sammitində Rusiya lideri Vladimir Putin ondan Ukraynanı NATO-ya qəbul etməməklə bağlı vəd almaq istəyib, ancaq Bayden ona belə bir söz verməyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ prezidenti bu barədə danışaraq deyib: “İki il əvvəl Cenevrədə Putinlə ilk dəfə görüşəndə ​​o dedi: “Ukraynanın NATO-da olmayacağına dair öhdəliklər almaq istəyirəm. Dedim ki, etməyəcəyik, açıq qapı siyasətimiz var, heç kimi itələməyəcəyik”, - deyə Bayden cümə günü fraqmentləri nümayiş etdirilən CNN-ə müsahibəsində bildirib.

Cenevrədə Rusiya-Amerika sammiti 16 iyun 2021-ci ildə baş tutub.

Bəs ABŞ prezidenti Putinə elə bir söz versəydi və sözünün üstündə dursaydı, Rusiya-Ukrayna müharibəsi baş verərdimi?

Budur, Ukrayna od-alovun, dağıntının içindədir, amma ABŞ da, o biri NATO ölkələri də Ukraynanı Şimali Atlantika blokuna qəbul etmirlər. Bunu etməyəcəkdilərsə, söz də verə bilərdilər. Ya da indiyə qədər Ukrayna NATO üzvü olmalıydı.

Musavat.com

 

 

08.07.2023 15:04
768