“Ukraynalıları top əti kimi istifadə etdilər, indi də erməniləri...” - Tevanyandan ŞOK

“Avropa Komissiyasının Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı xəbəri növbəti Avropa blefidir. Bu, cənnət vəd etmək kimi bir şeydir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi yerli siyasətçi, “Ana Ermənistan” partiyasının lideri Andranik Tevanyandır.

“Əsas vəzifə anti-Rusiya və anti-İran siyasət yürüdən Nikol Paşinyan hakimiyyətini dəstəkləməkdir. Onlar orta təbəqədən olan kütləyə demək istəyirlər ki, Ermənistanın əraziləri azalır, amma biz sadələşdirilmiş formada Aİ-yə səfər edəcəyik.

Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrləri üçlüyü institutunun ləğvindən, azərbaycanlıların Ermənistana qayıtmasından, dəhlizdən, Ermənistan Respublikasının Konstitusiyasının dəyişdirilməsindən danışır, Nikol Paşinyanın isə xarici ağaları vasitəsilə Aİ ilə viza rejiminin liberallaşdırılması blefini təbliğ etməkdən başqa fikri yoxdur. Viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara gəlincə, ukraynalılarla da eyni siyasəti yürüdüb, sonra onları top əti kimi istifadə etdilər. Nəticə göz qabağındadır”, - deyə Tevanyan bildirib.

Musavat.com

22.07.2024 17:19
1117