“Kiyevin Kursk bölgəsinə hücumunda qeyri-müəyyən görünən məqsədləri Ukrayna cəmiyyətini narahat edir”
Musavat.com xəbər verir ki, bunu “The Washington Post” yazıb.
Qəzet bildirib ki, Ukrayna Silahlı Qüvvələrinə son səfərbərlik çağırışı da cəmiyyətdə gərginlik yaradıb:
“Ukraynalıları maraqlandırır ki, Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki problemlərini nəzərə alaraq, Kiyev niyə öz torpaqlarını müdafiə etməkdənsə, Rusiya torpaqlarını ələ keçirməyə bu qədər vəsait xərcləyir?”