Ukraynalı uşaqlar Ərdoğana müraciət etdilər: “Doğmalarımızı xilas edin!” - VİDEO

Ukraynanın Mariupol şəhərində “Azovstal” zavodu ərazisində olan ukraynalı hərbçilərin övladlarının təsirli videosu yayılıb.

Kadrlarda 4-11 yaşlı uşaqlar beynəlxalq ictimaiyyətə müraciət edərək doğmalarının xilası üçün təhlükəsizlik zəmanəti istəyiblər.

Onlar həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan doğmalarının qaytarılması üçün kömək etməsini istəyiblər.

Mənbə: 24 Kanal

09.05.2022 13:39
904