Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə fevralın 24-də başlayan müharibə Ukraynanın şərq bölgələrində bütün şiddəti ilə davam edir. 9 aya yaxın vaxt keçməsinə baxmayaraq, tərəflər hələ də razılığa gəlmir, qanlı döyüşlərin miqyası günü-gündən genişlənir.
Müharibənin ilk günlərindən bugünədək Ukraynada minlərlə dinc sakin həlak olub, milyonlarla insan doğma yurdundan didərgin düşüb. Lakin müharibə təkcə bunlarla yox, həm də mənəvi ağrı-acılarla, sarsıntılarla dərin izlər qoyur...
Musavat.com Ukraynada lentə alınan təsirli və maraqlı fotoları təqdim edir:
Enerji obyektlərinə hücumdan sonra işıqsız qalan Kiyev... Küçədə pianoda ifa edən bir musiqiçi şəhər sakinlərinin ruhunu oxşayır...
Drujkivkada Rusiyanın atdığı raketlər nəticəsində dağılan binaların arasında dayanan Ukrayna əsgəri...
Ukraynalı qadın bombardmana məruz qalmış Nikolayevdə dağıntıların arasında gəzir...
Ukraynanın təcili tibbi yardım xidmətinin əməkdaşları Rusiyanın raket atəşi nəticəsində yaralanmış mülki şəxsə tibbi yardım göstərir...
Vətənə əlvida... Müharibə səbəbindən evindən didərgin düşən qadın Ukraynanı tərk etmək üçün qatar gözləyir...
Donetskdə Rusiya prezidenti Vladimir Putinin bəyanatlarını diqqətlə izləyən ukraynalılar...
79 yaşlı ukraynalı qadın Azov Xüsusi Təyinatlı Bölməsindən ilkin döyüş hazırlığı təlimi alır...
Rusiya bombardmanı nəticəsində viran qalmış Ukrayna küçələri...
Rusiyanın raket hücumundan sonra Kiyevdəki evinin dağıntılarına baxan yaşlı qadın...
Fotolar: Associated Press (AP)