Ukraynadan Tatarıstana HÜCUM: Kreml ATƏŞKƏS açıqlaması yaydı – Qədir Aslanla CANLI

Rusiya Federasiyasının Tatarıstan Respublikası ərazisində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı vurulub. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri ötən sutka ərzində müxtəlif istiqamətlərdə 1265-ə qədər itki verib.
Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisindəki hərbi aerodroma, hərbi məhsullar istehsal edən müəssisələrə, PUA istehsalı zavodlara və onların saxlanma yerlərinə zərbələr endirib.

“Rusiya Avropa sülhməramlılarının Ukrayna ərazisində olmasına əvvəlki tək qarşıdır”. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov belə deyib.

"Bəli, Rusiya hələ də Ukraynada Avropa sülhməramlılarının yerləşdirilməsinə qarşıdır. Əslində bunlar Ukrayna ərazisində NATO-nin qüvvələri və vasitələri olacaq. Bu, elə əslində, xüsusi hərbi əməliyyatın başlanmasının ilkin səbəblərindən biri idi", - Kremlin sözçüsü vurğulayıb.

Peskov Ukrayna münaqişəsi ilə müxtəlif sülh təklifləri və Moskvanın hazırkı təmas xətti boyunca münaqişəni dondurmağa hazır olması ilə bağlı "Financial Times" nəşrnin məlumatına da münasibət bildirib.

O qeyd edib ki, Ukraynada nizamlanmanın müəyyən edilmiş variantları ictimaiyyətə açıqlana bilməz və onlar səssiz rejimində müzakirə edilməlidir:

"Mətbuatda çoxlu müxtəlif informasiya sızmaları dolaşır. Siz başa düşürsünüz ki, müxtəlif həll variantlarının hər hansı eskizləri ictimailəşdirilə bilməz. Onlar ictimailəşən kimi effektivliyini itirir".

Putinin mətbuat katibi vurğulayıb ki, bu səbəbdən iş səssiz rejimdə aparılmalıdır: "Biz bu mövqedən çıxış edirik. Sizi bu cür informasiya sızmalarına qarşı çox diqqətli olmağa çağırırıq".

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi analitik Qədir Aslanla gündəmi müzakirə edir.

https://www.facebook.com/tvmusavat


https://www.youtube.com/@musavattv

23.04.2025 16:00
417