Ukrayna hökuməti ABŞ prezidenti Cozef Baydenin administrasiyasına müraciət edərək, Rusiya ərazisini "Tomahawk" raketləri ilə vurmaq üçün icazə istəyib.
Musavat.com xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Nəşrə bu barədə açıqlama verən Ukraynanın Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat üzrə Komitəsinin müavini Yeqor Çernev Ukraynanın bu cür bir müraciət hazırlığını bildirdi.
Bu addım gərgin müharibə şəraitində Ukraynanın müdafiə imkanlarını artırmaq məqsədilə atılan bir addım kimi qiymətləndirilir.