Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏ

Bu gecə Ukrayna hərbi əks-kəşfiyyatı və Hərbi Dəniz Qüvvələri Rusiyanın Krımda yerləşən S-400 “Triumf” hava hücumundan müdafiə sistemini məhv edib.

Musavat.com bu barədə Ukrayna mediasına istinadən xəbər verir.

Məlumata görə, ilk öncə PUA-lar kompleksin “gözləri” sayılan radar və antenlərini sıradan çıxarıb. Radiolokasiya sisteminin sıradan çıxarılmasından sonra Hərbi Dəniz Qüvvələri iki “Neptun” raketi vasitəsilə S-400-ün buraxılış kompleksini məhv edib.

Musavat.com

14.09.2023 13:36
924