Ukraynaya təhvil veriləcək “F-16” qırıcıları Moskvanın onları vuracağı riski səbəbindən cəbhə xəttinə 40 km-dən çox yaxınlaşa bilməyəcək.
Musavat.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski “The Guardian”a müsahibəsində deyib.
Sırski qeyd edib ki, “F-16”lar Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcək.
Qırıcılar Kiyevə Rusiyanın qanadlı raketlərinə qarşı daha effektiv işləməyə və yer hədəflərini dəqiq vurmağa imkan verəcək.
Musavat.com