"Ukrayna tərəfi hadisə ilə bağlı məlumatları dəqiqləşdirir və birmənalı açıqlamalar verə bilməz".
Musavat.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
"Ukrayna Müdafiə Nazirliyi təyyarənin Ukrayna Müdafiə Qüvvələri tərəfindən vurulduğunu hələ təsdiqləyə bilmir, məlumat dəqiqləşdirilir", - deyə nəşr yazır.
Xatırladaq ki, Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində 74 nəfər olub və onların hamısı ölüb. Ukrayna Müdafiə Nazirliyindəki mənbə "RBK Ukraina"ya bildirib ki, Rusiyanın İl-76 hərbi-nəqliyyat təyyarəsini Ukrayna Silahlı Qüvvələri vurub.
Rusiya Müdafiə Nazirliyi təyyarənin vurulması faktını təsdiqləyib.
@@TVmusavat/77452@@
Musavat.com