Ukraynadan Belarusa XƏBƏRDARLIQ

Belarus-Ukrayna sərhədi yaxınlığında Belarusdan gələn hərbçilərin yüksək konsentrasiyası var.

Musavat.com publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Minsk qüvvələrinin hərəkətlərini reallığa uyğun gəlməyən təlimlərlə izah edir.

"Biz Belarus rəsmilərini Moskvanın təzyiqi altında faciəvi səhvlərə yol verməməyə və qoşunları sərhədimizdən çıxarmağa çağırırıq", - xəbərdarlıq mesajında deyilir.

Ukrayna Xarici İşlər Nazirliyi əlavə edib ki, söhbət təkcə qoşunların gözlənilən artırılmasından deyil, həm də silah və müxtəlif texnikanın artan konsentrasiyasından gedir.

Eyni zamanda, nazirlik Belarus qüvvələrinin mümkün güclənməsi ilə əlaqədar sərhəddə hansı "faciəli səhvlər" gözlənilə biləcəyini, habelə Rusiyadan hansı "təzyiq"dən danışıldığını dəqiqləşdirməyib.

Xatırladaq ki, bundan əvvəl Belarus Ukraynaya mümkün təxribatlara cavab verməsi ilə bağlı xəbərdarlıq edib.

 

26.08.2024 08:35
1135