Ukraynadakı soydaşlarımız Türkiyə səfirliyini ziyarət etdilər - FOTO

Türkiyədə yaşanan zəlzələ dəhşətləri dünya ölkələrində yaşayan hər bir soydaşımızın üzüntüsünə səbəb olub.

Rusiya ilə müharibə aparan Ukraynadakı azərbaycanlılar da qardaş ölkədə baş verən fəlakətlərə görə üzgün durumdadırlar. Fevralın 8-də paytaxt Kiyevdə yaşayan bir qrup soydaşımız Ukraynadakı Türkiyə böyükelçiliyini ziyarət edib. Bu barədə Musavat.com diaspora fəalı Yalçın Qəhrəmanoğluna istinadən məlumat verir. Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə ilə görüş xamanı azərbaycanlılar baş vermiş fəlakəli vəziyyətlə əlaqədar üzüntülərini ifadə edib, həlak olanlara rəhmət, yaralılara şəfalar diləyiblər, qardaş Türkiyənin yanında olduqlarını ifadə ediblər.

Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə ziyarətçilərə təşəkkürünü bildirib.

08.02.2023 23:01
574