Ukraynanın müdafiəsi uğrunda daha bir azərbaycanlı həlak olub.
Musavat.com bildirir ki, bu barədə jurnalist İdrak Camalbəyli sosial şəbəkə hesabında paylaşım edib.
Əslən Zərdab rayonundan olan Yusifov Eldar Asəf oğlu tank batolyonunda komandir olub. Jurnalist bildirib ki, bu yaxınlarda Xarkovda yaşayan ailəsinin yaşadığı evə raket düşübmüş. “Oradan reportaj hazırlamışdım. Atası Asəf Yusifov oğlunun müharibədə igidliklə vuruşduğundan danışmışdı.
Allah rəhmət eləsin, yaxınlarına səbr versin”, jurnalist daha sonra yazıb.
Musavat.com