Ukraynada sülh çox çətin və səbr tələb edən işdir – Merz

Ukraynada sülhə nail olmaq çox çətin bir işdir.

Musavat.com xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.  Aşağı Saksoniyada CDU partiyasının qurultayında çıxış edən Merz sülh üçün səbr lazımdır: "Bu gün heç kim deməsin ki, biz yalnız silah tədarükü ilə bağlı müzakirə aparırıq".

Almaniya kansleri vurğulayıb ki, həftələr, hətta aylar ərzində bu vəzifənin nə qədər “çətin” olacağını “hamı” başa düşməlidir: "Biz ilk addımları atdıq. Amma icazə verin sizə bir bənzətmə verim: biz on kilometrlik ərazidəyik və yəqin ki, ilk 200 metri qət etmişik”.

 

Musavat.com

24.08.2025 00:41
315