Xəbər verdiyimiz kimi, Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda döyüşlərdə daha bir soydaşımız şəhid olub. Kiçik leytenant rütbəsini daşıyan zabit İbişov Nahid İmanxan oğlu Xerson istiqamətində döyüşlərdə həyatını itirib.
Musavat.com-un məlumatına görə, əslən Sabirabad rayonundan olan Nahid İbişov Ukraynada dəfn olunub.
Krivoy Roq azərbaycanlıları Konqresinin sədri Rəmzi Rzayev "Yeni Müsavat"in Ukrayna təmsilçisi Anar Natiqoğluna verdiyi açıqlamada bildirib ki, şəhidimiz ata-ana və bacısının iştirakı ilə ailənin yaşadığı Dnepr şəhərində müsəlman qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, N. İbişov ailəli deyildi və tək oğul övladı olub. Onun bir bacısı var.
Musavat.com