Ukraynada prezident seçkilərinin vaxtı MƏLUM OLDU

Ukraynada prezident seçkiləri 2025-ci il oktyabrın 26-da keçiriləcək.

Musavat.com bu barədə Ukrayna mediasına istinadən xəbər verir.

Bildirilib ki, Ukraynanın keçmiş prezidenti Petro Poroşenko bu haqda məlumat verib.

Onun sözlərinə görə, bu barədə ona prezident aparatındakı və hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.

Toğrul İSMAYIL,
Musavat.com

16.02.2025 21:17
8598